7 Aprel 2021 22:56
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xarici ölkələrin liderləri mayın 9-da Moskvada keçiriləcək İkinci Dünya Müharibəsindəki Qələbənin 76-cı ildönümünü qeyd etmək üçün dəvət olunmayacaqlar”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Yubiley ili deyil, buna görə xarici qonaqları dəvət etmək niyyətimiz yoxdur”, - Kremlin sözçüsü bildirib.

Bu il Rusiyanın hərbi paradında 12 mindən çox insan, 190-dan çox silah və hərbi texnika, 53 təyyarə və 23 helikopterin iştirakı planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər