Rusiya 15 hərbi gəmisini rus hərbi qüvvələrinin nəzarəti çərçivəsində Qara dənizə göndərdiyini elan edib.
Teleqraf.com xəbər verir ki, Rusiyanın Cənubi Hərbi Dairəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər dənizindəki donanmaya aid 15 döyüş gəmisi Qara dənizə göndərilib.
Bunun Rusiya hərbi qüvvələrinin nəzarəti çərçivəsində baş verdiyi bildirilir.
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu aprelin 6-da rus hərbi qüvvələrinin müharibəyə hazır olduqlarını yoxlamağa başladıqlarını və ölkənin müxtəlif bölgələrindəki paliqonlarında taktiki təlimlərin keçiriləcəyini elan etmişdi.
Sözügedən təlim planı çərçivəsində aprel ayında 4 min 48 hərbi təlimin keçiriləcəyi gözlənilir.