14 Aprel 2021 10:00
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir və Türkiyə qarşıdakı dövrdə Azad İqtisadi Zona (AİZ) anlaşması imzalamağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə ərəb mətbuatında məlumat yayılıb.

"Əl-Ərəbiyyə"nin iddiasına görə, Misir Xarici İşlər naziri Prezident Əbdalfəttah əs-Sisiyə sözügedən anlaşmanın üstünlükləri barədə məlumat verib.

Nazir Sisiyə bildirib ki, Türkiyə ilə AİZ anlaşması imzalayacağı təqdirdə geniş dəniz yurisdikasiyasına malik olacaq.

“Mada Mısır” eyni iddia ilə çıxış edib. Mənbə qeyd edib ki, Misir xarici işlər naziri Sisiyə dərhal və ehtiyac olarsa, səssiz AİZ anlaşması imzalaması məsələsində yazılı müraciət edib.


Müəllif: Mənsur Rəğbətoğlu