Avropa Birliyi (AB) Rusiya və Ukrayna sərhədində mövcud olan vəziyyətin son dərəcə təhlükəli olduğuna inanır və Rusiyanı qoşunlarını sərhədən geri çəkməyə çağırır.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrelli çıxş edib.
“Biz Rusiya ordusunun cəlb edildiyi hərbi təlimlərlə bağlı Ukrana sərhədindəki vəziyyəti müzakirə edəcəyik. Bu, çox təhlükəli vəziyyətdir. Rusiyanı qoşunlarını Ukrayna ilə sərhəddən çəkməyə çağırırıq”, - nümayəndə bəyan edib.