“Zelenskinin Rusiya prezidenti ilə görüşmək hüququ yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovski deyib.
Jirinovski Ukrayna Prezidenti Vladimir Zelenskini təhqir etməkdən çəkinməyib:
“Zelenskinin Rusiya dövlətinin başçısını görüşə dəvət etmək hüququ yoxdur. Zelenski və onun komandası heç kimdir”.
Qeyd edək ki, Zelenski dünən Putinə müraciət edərək onu işğal edilmiş Donbasda görüşməyə dəvət edib. Onun sözlərinə görə, təmas xəttindəki görüş vəziyyəti mümkün qədər dəqiq görməyə və anlamağa kömək edəcək. Eyni zamanda, özü də hər ay oraya baş çəkdiyini bildirib.