ABŞ-ın kəşfiyyat təyyarəsi Sakit Okean üzərində kəşfiyyat və müşahidə uçuşu həyata keçirərkən, Rusiyanın “Miq-31” təyyarəsi ilə qarşılaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
ABŞ-ın Rusiya sərhədləri yaxınlığında uçan kəşfiyyat və müşahidə təyyarəsinin qarşısı müdaxilə ehtimalı ilə alınıb. Rusiya hava qüvvələrinin döyüş təyyarələri ABŞ Hava Qüvvələrinin “RC-135” strateji kəşfiyyat təyyarəsini sərhəddən uzaqlaşdırıb.