23 Aprel 2021 22:13
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın şimalındakı Rambuye şəhərində bıçaqla silahlanmış şəxs qadın polis əməkdaşına hücum edib.

Teleqraf.com-un məlumatına görə, hücum nəticəsində ağır yaralanmış polis daha sonra həyatını itirib.

Hücum edən şəxs digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Hadisə yerinə Fransanın baş naziri Jan Kasteks gedib. Hücumla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər