27 Aprel 2021 13:00
12 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ilə bağlı son açıqlaması ABŞ və Türkiyə arasındakı hərbi münasibətlərə təsir etməməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbinin açıqlamasında bildirilib.

“Türkiyə ilə hərbi münasibətlərdə hər hansı bir dəyişiklik gözləmirik. Türkiyə NATO müttəfiqimizdir”, - Kirbi qeyd edib.

Onun sözlərinə görə, prezidentin ötən həftənin sonunda verdiyi açıqlamasının hansısa formada Türkiyə ilə münasibətlərə təsir edəcəyini gözləmir.

Kirbi ABŞ-Türkiyə əlaqələrinin hərbi sahədə daha da güclənəcəyinə ümid etdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər