1 May 2021 13:02
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan Sərhəd Xidməti Tacikistan ordusunun hərbi texnikanın silahlı qarşıdurmanın baş verdiyi sərhəd ərazisinə doğru hərəkətini qeydə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Novosti” agentliyi məlumat yayıb.

Mənbə dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsindəki vəziyyəti nisbətən gərgin olaraq xarakterizə edib.

“Tacikistan tərəfi Tort-Koço ərazisindəki yolu tamamilə bağlayıb”, - qurumdan bildirilib.

Qeyd edək ki, bundan əvvəl Qırğızıstanın sərhəddəki Batken vilayətinin qubernatoru Omurbek Suvanaliyev Tacikistanın bütün hərbçilərinin Qırğızıstan ərazisini tərk etdiyini söyləyib.

Aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin yerli sakinlərinin davası iki ölkə arasında silahlı qarşıdurmaya çevrilib. Qırğızıstan və Tacikistan sərhədçiləri arasında toqquşma altı saatdan çox davam edib.

Axşam saatlarında tərəflər atəşkəs və qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəlsələr də, ertəsi gün yenidən atəşkəs pozulub. Son barışıq dünən günortadan sonra əldə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər