1 May 2021 23:22
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə keçirilən 1 may aksiyasında 34 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen tvitterdəki səhifəsində bildirib.

Onun sözlərinə görə, aksiyada kolonun başında radikallar olublar, hərəkəti bloklayıb və polisə butulkalar, fişənglər atmağa başlayıblar.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib.

Lionda nümayişçilərlə toqquşmalar nəticəsində 27 polis əməkdaşı zərər çəkib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər