2 May 2021 08:54
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Olimpiya Oyunları zamanı terror təhlükəsinin qarşısını almaq məqsədilə Tokio limanının bir neçə rayonu bağlanacaq.

Teleqraf.com xəbər verir ki, bu məhdudiyyətlər Olimpiya kəndinin yerləşdiyi Harumi və çimərlik voleybolu yarışlarının keçiriləcəyi Odayba rayonları da daxil olmaqla Tokio limanının bəzi yerlərini əhatə edəcək.

Limanın bu yerləri iyulun 13-dən başlayaraq bağlanacaq. Bunun təqribən iki ay davam edəcəyi gözlənilir. Yaponiyanın Sahil Mühafizəsi Xidməti həmin rayonları bağlamaqla, mümkün terror aktlarının qarşısını almağa çalışır.

Xatırladaq ki, Tokio Olimpiya və Paralimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronovirus pandemiyasına görə bu yarışların vaxtı cari il iyulun 23-dən avqustun 8-dək dəyişdirilib. Oyunların əcnəbi tamaşaçıların iştirakı olmadan keçirilməsi qərara alınıb. Yapon tamaşaçıların yarışlara buraxılması məsələsinə isə iyulda, ölkədə mövcud epidemioloji vəziyyət nəzərə alınaraq baxılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər