“Rusiya və Fransa prezidentləri tezliklə Qarabağ münaqişəsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakott deyib.
O, Fransa Prezidenti Emmanuel Makronun aprelin 26-da rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı apardığını xatırladıb.
Açıqlamasında işğalçı Ermənistanın mövqeyini müdafiə edən fransız diplomat Azərbaycanda saxlanılan erməni terrorçularını “hərbi əsir” adlandırıb və bildirib ki, Makron bu, “humanitar yardım” və “mədəni irsin qorunması” məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb.
“İki prezident məsələnin davamlı həllinə nail olmaq üçün Minsk qrupu çərçivəsində səyləri yeniləməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək”, - Lakott qeyd edib.