İsrailin Aşkelon şəhərinə raket hücumu nəticəsində ən azı altı nəfər yaralanıb, bir yaşayış binası zərər görüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri məlumat yayıb.
“İsrailin cənubuna intensiv raket hücumları davam edir. Bu hücumlar nəticəsində Aşkelondakı yaşayış binası zərər görüb, altı mülki şəxs yaralanıb”, - açıqlamada qeyd edilib.
Son bir sutka ərzində Qəzza zolağından Fələstin tərəfindən İsrailə 150-ə yaxın raketin atıldığı, onlardan çoxunun “Dəmir Günbəz” müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi bildirilib.