13 May 2021 14:54
1 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 apreldə başlanan "Pence-Şimşək" və "Pence-İldırım" əməliyyatları nəticəsində bu günə qədər 1056 terrorçu məhv edilib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib.

General əlavə edib ki, terrorla mübarizə uğurla davam edir: “Əsgərlərimiz yanvarın 1-dən bu günə qədər 1056 terrorçunu zərərsizləşdirib”.

Akar bildirib ki, terrorçuların Qəndil, Asos, Mahmur, Sincar daxil olmaqla bu ərazilərdən təmizlənməsi məsələsində İraq tərəfi ilə əməkdaşlıq genişləndirilib: “Həm ölkəmizi, həm də iraqlı qardaşlarımızı terror bəlasından xilas etmək təməl məqsəddir”.


Müəllif: Cavad

Oxşar xəbərlər