19 May 2021 01:56
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurası Fələstin və İsrail arasında mövcud olan qarşıdurmanın kəskinləşməsinə dair son iki həftə ərzində keçirdiyi dördüncü iclasda vahid mövqe sərgiləyə bilməyib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi, Təhlükəsizlik Şurasına may ayında sədrlik edən Çjan Tszun özünün tvitter səhifəsində yazıb.

Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mansur isə bildirib ki, BMT Təhlükəsizlik Şurasının ortaq mövqe nümayiş etdirməməsi utancvericidir.


Müəllif: Teleqraf.com