“İŞİD” terror qruplaşmasının üzvləri oktyabrın 31-də İraqın Anbar əyalətində silahlılara qarşı çıxış edən Albu Nimr qəbiləsinin 50-dən çox nümayəndəsini qətlə yetirib.
Teleqraf.com-un “Röyters”ə istinadən verdiyi xəbərə görə, bundan başqa aşkarlanmış kütləvi məzarlıqda qəbilənin daha 35 nümayəndəsinin cəsədi tapılıb.
Bundan əvvəl İraqda 150 cəsədin olduğu daha bir kütləvi məzarlıq aşkarlanıb.