Burkina-Fasonun paytaxtı Uaqaduquda naməlum şəxslər RTB Television dövlət televiziyasının binasını silah gücünə ələ keçirmək cəhdini göstəriblər.
Sky News telekanalının məlumatına görə, hazırda "vəziyyət ölkə silahlı qüvvələrinin nəzarəti altındadır".
Əldə olunmuş məlumata görə, atışma demək olar ki, müxalifət partiyalarından birinin sədrinin həmin yerə gəldikdən dərhal sonra başlayıb. Öz lideri ilə birlikdə təxminən onun 100 nəfərdən ibarət tərəfdarı da telekanalının binasına gəliblər.
Atışma nəticəsində xəsarət alanlar barədə hələlik məlumat verilmir.
Bu cümə günü Burkina Faso prezidenti Blez Kompaorenin istefası barədə elan edilib./trend/