1 İyun 2021 11:05
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ABŞ-ın COVID-19 virusunun Uhandakı laboratoriyada hazırlanaraq dünyaya yayılması, bunun süni proses olması haqda iddialarına cavab verib.

Teleqraf.com xəbər verir ki, Çin dövlət qəzeti “Qlobal Times” bu iddiaları sərt tənqid edib.

“Bayden koronavirusun Uhandakı bir laboratoriyadan sızdırılması iddiasını araşdırmaq təlimatı verməklə təhlükəli oyun oynayır”, - “Qlobal times” bildirib.

Məqalədə Səddam Hüseyn liderliyində İraqın işğalı öncəsi ABŞ-ın bu ölkədə kimyəvi silahlar olması haqda çağırışlarını xatırladan, İraqın işğalından sonra belə silahların tapılmadığını bldirən dövlət qəzeti Baydenin addımlarının bundan fərqli olmadığını iddia edib.

Məlumat üçün qeyd edək ki, ABŞ Prezidenti C.Bayden çərşənbə günü ABŞ kəşfiyyatına virusun Çin laboratoriyasından sızması nəticəsində ortaya çıxması haqda iddianı detallı araşdırmaq tapşırığı verib.


Müəllif: Cavad

Oxşar xəbərlər