“Dünyada yeni “soyuq müharibə” başlayır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini, general Aleksandr Fomin deyib.
“Təhlükəsizliyə ən ciddi problemlər və təhdidlər hazırda dünyada izlənilə biləcək bir neçə tendensiyaya səbəb olur. Birincisi, bu gün biz yeni bir dünya düzəninin formalaşmasının şahidi oluruq”, - Fomin bildirib.
O, bu gün mövcud beynəlxalq münasibətlər sisteminin, təhlükəsizlik arxitekturasının sistematli şəkildə məhv edildiyini və beynəlxalq təşkilatların rolunun aşağı salındığını da söyləyib:
“Eyni zamanda, müasir dünyada güc nisbətini köklü şəkildə dəyişdirən yeni silah növləri ortaya çıxır. Silahlı qarşıdurma yeni sahələrə - kosmosa və kiber məkana nüfuz edir ki, bu da müharibə prinsipləri və metodlarının dəyişməsinə gətirib çıxarır”.