8 İyun 2021 14:58
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana səfərə gəlib.

Bu barədə Teleqraf.com-a ABŞ-ın Azərbaycandakı səfirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

İkigünlük səfər çərçivəsində F.Riker Bakıda bir sıra rəsmi şəxslərlə görüşəcək.

Görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, F.Riker Bakıdan əvvəl Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub, ölkə rəhbərliyi ilə danışıqlar aparıb. O, Bakıdan Ermənistanın paytaxtı Yerevana gedəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər