Türkiyədə yaşayan xarici vətəndaş sahibi olduğu iti küçənin ortasında öldürüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bodrumda yaşayan İngililtərə vətəndaşı B.C 12 ildir sahibi olduğu "Kol" adlı iti balta ilə başından vuraraq öldürüb.
Ona mane olmaq istəyənlərə də hücum edən B.C polis tərəfindən nəzarətə alınıb. 12 ildir bəslədiyi itini vəhşicəsinə öldürən B.C “İtləri çox xoşlayıram. Kolu da çox sevirdim amma artıq yaşlanmışdı, xəstə idi. Necə olsa öləcəkdi. Ha elə ölmüş ha belə nə fərqi var? Ölümü mənim əlimdən oldu. Bunda anormal bir şey yoxdur. Hər gün onlarla insan ölür kimsə səsini çıxarırmı? Niyə bu hadisəni bu qədər böyüdürsünüz? Bir azdan iti aparıb, basdıracağam. Başqa bir it alıb bəsləyəcəm” deyib.
Polis tərəfindən nəzarətə alınan B.C 200 TL(70 manat) pul cəzası ödəyərək sərbəst buraxılıb.
Teleqraf.com hadisə yerində olan videonu təqdim edir :
Rüstəm