10 İyun 2021 10:40
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Duhokda Peşmərgə qüvvələrinə qarşı qurduğu tələdən sonra intiqam almaq niyyətini ortaya qoyan Məsud Bərzani cəbhəsində (Şimali İraq Muxtar Bölgəsi) hazırlıqlara başlanılıb.

Teleqraf.com xəbər verir ki, Şimal İraq Muxtar Bölgəsinə bağlı Peşmərgənin PKK terrorçularına qarşı əməliyyat keçirməsinin an məsələsi olduğu bildirilir.

Faktiki olaraq PKK terrorçuları ilə Kürdüstan Demokrat Partiyasına bağlı Peşmərgə arasında gərginlik qarşıdurmaya çevrilib. Metina bölgəsində bir peşmərgəlini öldürən PKK terrorçuları az sonra Derkar məntəqəsində daha birini öldürüblər.

Şimali İraq Muxtar Bölgəsinə qarşı hücumları terror aktı olaraq qiymətləndirən Məsud Bərzani PKK-dan intiqam alacaqlarını bəyan edib. Son dövrlər iki peşmərgəlini də qaçırması PKK ilə Bərzani qüvvələri arasında savaşın siqnalı sayıla bilər. Ərbildən deputat seçilən Azad Kürəci deyib ki, muxtariyyət qüvvələri ilə PKK arasında silahlı qarşıdurma artıq qaçınmaz hala gəlib.

Məlumat üçün deyək ki, PKK ilə muxtariyyət arasında 380 kilometrlik təmas xətti mövcuddur. Süleymaniyyədən başlayan bu xətt Kani, Masi, Zaini Verte və dağlıq hissədə Duhoka qədər uzanır. Peşmərgə təmas xətti boyunca ünsürlərini hazır vəziyyətə gətirib.

Bəzi mənbələr isə qeyd edir ki, muxtariyyət bütövlükdə hərbi arsenalını müharibəyə hazır vəziyyətə gətirib. Eləcə də təmas xəttinə əlavə hərbi qüvvələr və silah tədarük edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər