Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri və ölkə lideri Co Bayden ilə görüşünün keçirilməsi iyulun sonunda planlaşdırılır.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba "Ukrayna-24" telekanalının efirində bildrib.
Diplomatın sözlərinə görə, səfər zamanı C.Baydenlə danışıqlar və bir sıra digər vacib görüşlər planlaşdırılır.