Misir Prezidenti Sisi və Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd bin Salman Şarm eş-Şeyx şəhərində bir ara gəliblər.
Teleqraf.com xəbər verir ki, görüşlə bağlı məlumat Misir liderinin sosial şəbəkə hesabından yayılıb.
Məhəmməd bin Salmanla görüşməsini şərh edən Misir prezidenti deyib ki, iki ölkə münasibətlərinin inkişafının yollarını müzakirə ediblər.
Salmanı qardaşı kimi təqdim edən Sisi görüş zamanı regional və beynəlxalq mövzuları da müzakirə etdiklərinə vurğu edib.