Rusiya Prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının vurulmasına dair təlimat vermədiyini açıqlayıb. O, belə bir təlimat verməsi ilə bağlı yayılan iddiaları rədd edib və bildirib ki, ölkədə belə qərarlar dövlət başçısı tərəfindən verilməz.
Teleqraf.com xəbər verir ki, Vladimir Putin bunu 3 il fasilədən sonra ilk dəfə ABŞ mediasına müsahibəsində deyib.
Rus lider "NBS News"ə danışarkən deyib ki, Navalnı sıradan bir məhkumdur və ona digərlərindən pis formada davranılmır.