4 Noyabr 2014 02:50
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peşmərgə Nazirliyinin mətbuat sözçsü Kobaniyə kürd hərbi dəstələri üçün silah-sursat göndərildiyini açılayıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, ötən ay Kobaniyə gedən peşmərgə qrupu Şırnak, Mardin və Şanlıurfadan keçərkən sevgi nümayiş etdırmişdi. Bu dəfə Kobaniyə gedən qrup barədə əvvəlcədən məlumat verilməyib.

Mətbuat sözçüsü "Türkiyə ilə Kürdüstan bölgəsi arasında peşmərgələrə silah və sursat göndərilməsinə dair müqavilə bağlanılıb" deyib.

Silah və sursat dəstəyinin Türkiyə üzərindən göndərildiyini ifadə edən mətbuat sözçüsü Kobanidəki peşmərgələrə ehtiyac olduqda yenə də yardım edəilcəyini vurğulayıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər