Ermənistanda seçki məntəqələri vətəndaşlar üçün bağlı elan edilib.
Teleqraf.com xəbər verir ki, səsvermə üçün ayrılan vaxt bitib. Növbədənkənar parlament seçkilərində tezliklə səslərin sayılması prosesi başlayacaq.
Qeyd edək ki, seçkilərdə iştirak etmək üçün 25 siyasi qüvvə qeydiyyatdan keçib - 21 partiya və 4 blok. Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıq olub. Ölkədəki 2008 mənətəqədən 479-u İrəvan, 1529-u isə digər bölgələrdə yerləşir. Ermənistanda 2 milyon 578 min vətəndaşın seçkilərdə iştirak etmək hüququ olub.