21 İyun 2021 16:41
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ermənistandakı parlament seçkisinin nəticələrinin Dağlıq Qarabağdakı vəziyyətə təsirindən danışmağı erkən sayır.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, S.Lavrov bunu Moskvada ATƏT-in Baş katibi Helqa Şmidlə keçirdiyi mətbuat konfransında bildirib.

“Seçkilər yenicə baş tutub. Bu nəticələrin yeni şərtlərdə siyasi həyatın formalaşmasına necə təsir edəcəyi hələ bəlli deyil, gəlin, orada hökumət qurulanadək gözləyək”, - deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistan, Rusiya və Azərbaycan rəhbərləri tərəfindən imzalanmış hər iki (9 noyabr və 11 yanvar) üçtərəfli razılaşmanın yerinə yetirilməsindən və bütün tərəflərin maraqlarına cavab verməsindən çıxış edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər