22 İyun 2021 00:14
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın prezidenti Salome Zurabişvili iyunun 23-də Ukraynaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyasından bildirilib.

Səfər çərçivəsində S.Zurabişvili ukraynalı həmkarı V.Zelenski ilə təkbətək və geniş tərkibli formatda görüş keçirəcək.

Gürcüstan prezidentinin Ukraynanın baş naziri Denis Şmıqal və Ali Radanın sədri Dmitri Razumkovla da görüşü planlaşdırılıb.


Müəllif: Teleqraf.com