ABŞ-ın 47-ci vitse-prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğmdan heç vaxt üzr istəmədiyini açıqlayıb.
Axar.az xəbər verir ki, CNN-ə müsahibə verən Bayden Türkiyə və İŞİD münasibətlərinə aydınlıq gətirərkən bu sözləri deyib.
Türkiyə və İŞİD arasındakı əlaqələrin olduğu haqqında dediyi sözlərin böyük qalmaqal yaratdığını bildirən vitse-prezident hadisədən sonra Ərdoğana zəng etdiyini, lakin ondan üzr istəmədiyini açıqlayıb:
“Mənim Prezident Ərdoğamdan üzr istədiyim barədə şayiələr yayılıb. Bildirmək istəyirəm ki, ondan heç vaxt üzr istəməmişəm. Onu (Ərdoğanı) yaxşı tanıyıram. Onunla mən maraqlanıram. Özünə zəng etdim və “Bax, yayılan xəbərlər dediklərimi əks etdirmir” dedim”.
Xatırladaq ki, bir müddət öncə Türkiyə-ABŞ əlaqələrində son illərin ən böyük sarsıntısına səbəb olan “üzr” qalmaqalı baş verib. Belə ki, Bayden Harvard Universitetində çıxışı zamanı İŞİD təhdidindən ABŞ müttəfiqlərini günahkar bilərək Ərdoğanın ona etiraf etdiyini açıqlanışdı:
"Ən böyük problemimiz müttəfiqlərimizdir. Bu ölkələri Suriyadakı qruplara dəstək verməkdən çəkindirə bilmədik. Ancaq Türkiyə indi oyandı. Ərdoğan mənə "Siz haqlıydınız" dedi".
Bu açıqlamadan sonra Ərdoğan vitse-prezidentin dediklərini təkzib edərək, onun üzr istəyəcəyini deyib:
“Əgər Bayden belə bir şey söylədisə, o, mənim üçün sadəcə bir tarix olacaq. Bayden mənim üçün öldü. Mən belə bir ifadə işlətməmişəm. Eşidəndə təəssüflə qarşıladım. ABŞ-dakı görüşdə biz səhv etdik və s. deyə danışıqlar əsla olmayıb. Harvardda belə bir şərh etdisə, bizdən üzr istəməlidir”.
Ərdoğanın bu cavabından bir neçə saat sonra Ağ Ev mətbuat xidməti brifinq təşkil edərək Baydenin Ərdoğanla telefon əlaqəsi saxladığını və Ərdoğandan üzr istədiyini açıqlamışdı. Hətta bu açıqlama ABŞ-ın Türkiyə səfiliyinin rəsmi internet səhifəsində də yayımlanmışdı.