5 İyul 2021 16:27
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın Baş naziri Viktor Orban Almaniyanın “Bild” qəzetinə “Avropa Birliyinin gələcəyi və Macarıstanın tövsiyələri” başlıqlı elanı ilə faktiki Avropa Birliyinə (AB) qarşı ultimatum verib.

Teleqraf.com xəbər verir ki, Macarıstan tərəfindən irəli sürülən yeddi tələbdə AB-yə sərt mesajlarla yanaşı, Macarıstanın baxışları da yer alıb.

“Bild” qəzetində çıxan məqalənin üzərindəki Macarıstan bayrağı və Macarıstan Hökuməti sözlərinin yazıldığı materialda AB qaşısında aşağıdakı tələblər qoyulub:

1.Avropa Birliyi kimsənin ona güc, səlahiyyət vermədiyi bir super dövlətə çevrilib. Avropa imperatorluğuna yox deyirik.

2. İnteqrasiya vasitədir, məqsəd deyil. Bu səbəbdən “Avropa xalqları arasında hər zamankından daha yaxın bir birlik” hədəfi AB-nin əsas müqavilələrindən çıxarılmalıdır.

3. Qərarlar seçilmiş hökumətlərin idarəçiləri tərəfindən verilməlidir. Qeyri-hökumət təşkilatları tərəfindən deyil. Qanunun aliliyinin pozulmasına "yox" deyirik.

4. AB-nin gücü ortaq iqtisadi uğurla gəlir. Biz bu birlikdə uğurlu olmasak, hər kəs bildiyi yolla gedərsə, bu, AB-nin sonu deməkdir.

5. Önümüzdəki ildə və gələcəkdə təhlükəli vəziyyətlər ortaya çıxa bilər. Artıq dərəcədə uyğunlaşma və epidemiya problemləri yaşana bilər. Avropalıları qorumalıyıq.

6. Avropa demokratiyasını yenidən inşa etməliyik. Avropa Parlamenti özünü çıxılmaz bir yerə aparır. Sadəcə öz ideoloji və fərdi maraqları ilə məşğuldur. Milli parlamentlərin təsiri və rolu artırılmalıdır.

7.Serbiya AB-yə üzv olaraq qəbul edilməlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər