8 İyul 2021 00:43
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 52 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 225 min 253 nəfər test edilib, onların 5 min 160-nın koronavirus testi pozitiv nəticə verib, 4 min 636 nəfər sağalıb.

Nazirlik covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil, 55 milyon 349 min 378 peyvənd tətbiq edildiyi qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər