Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.