11 İyul 2021 20:25
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Xarici İşlər Nazirliyinin katibi Kleman Bon, Yunanıstanın Rusiyada və ya Çində istehsal olunan peyvəndləri alan sərnişinlərin öz ərazilərinə buraxdığına görə, təəssüfləndiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin rəsmisi Avropa Dərman Agentliyinin təsdiqlənmiş dörd peyvəndin Avropada tanınmasını üstün tutduğunu xatırladıb: "Yunanıstanın digər peyvəndləri olan insanların ölkəsinə gəlməsinə icazə verdiyinə təəssüf edirəm. Bu, siyasi bir məsələ deyil, Avropa ölkələri üçün ümumi mövqe var. Fransa da daxil olmaqla əksər Avropa ölkələri yalnız dörd peyvəndi tanıyırlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər