Son 24 saat ərzində toqquşmalar zamanı 271 talib öldürülüb, daha 162 yaraqlı yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Qarşıdurma Nanqarhar, Maydan Vardak, Xost, Qəndəhar, Fərah, Herat və başqa əyalətlərdə baş verir.
Təhlükəsizlik qüvvələri Təhar əyalətinin inzibati mərkəzi Talukan şəhərinin ələ keçirilməsinin qarşısını almağa müvəffəq olublar. Əməliyyat zamanı 14 yaraqlı öldürülüb, 15-i yaralanıb.
Taliblər iyulun əvvəlindən Əfqanıstanın Tacikistan, Türkmənistan, Pakistan və digər qonşu ölkələrlə sərhəddə yerləşən rayonlarını ələ keçirib.
Respublika Silahlı Qüvvələrinin komandanı general Vəli Məhəmməd Əhmədzayın sözlərinə görə, indi hökumət qoşunlarının prioriteti böyük şəhərləri, yolları, sərhəd keçidlərini və magistral yolları yaraqlılardan qorumaqdır.