Etirazçılar Fransa Prezidenti Emmanuel Makronu vəzifə səlahiyyətlərindən sui-istifadədə (korrupsiya), dövlət çevrilişi və hakimiyyəti qəsbetmədə ittiham ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Le Monde” qəzeti Fransa Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Paytaxt Parisdə keçirilən etiraz aksiyalarına 114 min nəfər qatılıb. Eyni vaxtda Parisin fərqli istiqamətlərində üç aksiya keçirilib. Polisin verdiyi məlumata görə, nümayişlərdə ən az 18 min nəfər iştirak edib.
Marseldəki mitinqlərə təxminən 4 min, Nitsadakına 1.6 min nəfər qatılıb. Yerli hakimiyyət orqanlarının mitinqlərə qadağa qoyduğu Fransanın cənub-qərbindəki Gironda keçirilən mitinqdə təxminən 1.2 min nəfər iştirak edib. Etirazçılar tramvay və nəqliyyat vasitələrinin hərəkətini əngəlləyiblər.