Peşmərgənin gəlişi ilə Kobanidə İŞİD-in mövqeləri zəyiflədikcə, şəhəri tərk etmiş mülki vətəndaşlar evlərinə qayıtmağa başlayıb.
Teleqraf. BBC-yə istinadən məlumatına görə, İŞİD-in geri çəkilməsindən sonra şəhər sakinlərindən 2000-dən çoxu evinə dönüb. Hazırda şəhərdə 3000 mülki vətəndaş yaşayır.
Qayıdanların əksəriyyəti qadınlardır. Onlar yaralılara baxır, döyüşçülərin paltarlarını yuyurlar. Bundan başqa Kobanidə 3000 qadının İŞİD-ə qarşı döyüşür.