Hindistanın qərbindəki Maharaştra əyalətində son 48 saat ərzində yağan güclü yağışın səbəb olduğu dağıntılar və torpaq sürüşmələri nəticəsində 129 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, 80-dən çox insan itkin düşüb.
Leysan yağışları Hindistanın qərb sahillərinə daha çox yağıb. Rayqad, Ratnaqiri, Satara bölgələrinə və Mumbay şəhərinin ətrafına ciddi ziyan dəyib.
Fəlakət bölgələrində xilasetmə işləri davam edir. Səlahiyyətli şəxslər ölkənin Hərbi Dəniz Qüvvələrindən kömək istəyib. Hərbçilər əhaliyə kömək etmək üçün səfərbər edilib.