ABŞ Şimali İraq Kürd Muxtariyyətinin peşmərgə qüvvələrinə yeni hərbi texnikalar göndərib.
Teleqraf.com xəbər verir ki, hərbi yardımın İraq baş nazirinin “ABŞ əsgərlərinin İraqda olmasına artıq ehtiyac yoxdur” deməsindən sonra baş verməsi diqqət çəkib.
Koalisiya qüvvələri Ərbildə təşkil edilən görüşdə Peşmərgə Nazirliyinə təxminən 70 yeni hərbi texnika verib. Kürd qüvvələrinə verilən hərbi nəqliyyat vasitələri arasında “Humvee” tipli zirehli texnika, hərbi yük maşınları və digər vasitələr var.
Sözügedən yardımın İraq Baş naziri Mustafa əl-Kazıminin “İŞİD terror təşkilatı ilə mübarizə aparmaq üçün ABŞ əsgərlərinə ehtiyac yoxdur” söyləməsindən sonra gəlməsi diqqət çəkib.