İsraildə 60 yaşdan yuxarı insanlara ABŞ istehsalı olan “Pfizer” peyvəndinin 3-cü dozası vurulacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri Naftali Bennett bildirib.
Bennett qeyd edib ki, artıq İsrail Səhiyyə Nazirliyinin ekspert heyəti 3-cü dozanın vurulması ilə bağlı proqramı rəsmən təsdiqləyib: “Üçüncü dozanın vurulması üçün milli kampaniyaya başladıq. İlk olaraq prezident Yizhak Herzoq 3-cü dozanı qəbul edəcək".
Baş nazir üçüncü dozanın vurulması prosesinin, nəticələrinin mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılacağını da bildirib.