Egey dənizində 5.5 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:31-də Türkiyənin Muğla vilayətinin Datça rayonunun sahillərinə yaxın ərazidə baş verib. Ocağı dənizin 10.86 kilometr dərinliyində olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.
Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Xatırladaq ki, son bir neçə saat ərzində Egey dənizində bir neçə zəlzələ baş verib.