4 Avqust 2021 09:05
2 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın hava keyfiyyəti indeksi araşdırmalarına görə, dünyanın ən çirkli şəhəri Pakistanın Lahor şəhəridir.

Telqraf.com-un xəbərinə görə, bu şəhərdə havanın çirkliliyi o qədər böyük problemdir ki, 2018-ci ildə 135 min insan məhz bu səbəblə dünyasını dəyişib.

Pakistan Ekologiya Nazirliyinin açıqladığı məlumatda deyilir ki, havanın çirklilik səviyyəsi qəbul edilən dəyərlərin 9 qatıdır və bu çirklilik çoxu uşaq olmaqla hər il 100 min insanın həyatını itirməsi ilə nəticələnir.

Şəhərdə havanın çirkli olması hər insanın ömründən azı 5 il kəsir. Lahorda çirklilik səviyyəsi çox yüksəkdir, burada kanalizasiya suları yerüstü yollarda açıq-aydın müşahidə olunur. Şəhərin hər küçəsində topa-topa zibil görmək mümkündür. Şəhərdəki toz dumanı ağciyər xərçəngi, ürək xəstəlikləri, göz infeksiyaları, nəfəs yolu xəstəliklərinə gətirib çıxarır, hamilə qadınlarda erkən doğuma səbəb olur, körpənin beyin inkişafına mənfi təsir göstərir.

Dünyada insanların ən sıx yerləşdiyi şəhərlərdən olan Lahorun 2021-ci ildə əhali sayı təxminən 14 milyona çatıb.

Şəhərdə toz o qədər çoxdur ki, bir neçə saat ərzində əşyaların üzərinə barmaq qalınlığında toz toplanır. Bu səbəblə satıcılar gün ərzində piştaxtaları mütəmadi olaraq silməklə məşğuldurlar. Şəhərdə nəfəs alınan zaman havadan turş və kif qoxusu hiss olunur. Buna görə də sakinlər şəhəri “Toz cəhənnəmi” də adlandırırlar.

Avtomobillərdən çıxan kömür tərkibli tüstülər və fabriklərin buraxdığı qazlar havanın daha da çirklənməsinə səbəb olur. Araşdırmalar göstərir ki, bu şəhərdə bir gün ərzində nəfəs almaq 15 siqaretə bərabərdir.

Əgər Bakıda havanın çirklilik dəyəri 50-60 arasında ölçülürsə, Lahor şəhərində bu rəqəm 300-600 arasında dəyişir. Burada natəmizlik o qədər çoxdur ki, açıq şəkildə satılan qidaların üzərinə müxtəlif həşəratların qonması normal hal kimi qəbul edilir. Səyyar satıcılardan yemək alan insanlar isə əllərini ortaq bir ləyəndə yuyurlar.

Bütün bunlarla yanaşı şəhər nə qədər çirkli olsa da, təmiz saxlanılan parklar da var.

Şəhərdəki alış-veriş mərkəzlərində qadın və kişilərin girişi ayrıdır. Hətta kişilər təkbaşına alış-veriş mərkəzinə buraxılmaya da bilər.

Bu şəhərdə insanlar zibillər arasında yaşayır. Bələdiyyə mütəmadi olaraq tullantıları toplasa da, zibil axını bitmir. İnsanlar zibilləri yol kənarlarına yığırlar. Bəzənsə zibilləri balkondan birbaşa küçəyə atırlar.

Burada zibil toplamaq ən çox yayılan işlərdəndir. Zibillərin asan toplanması üçün üzərinə su səpir və sıxaraq bütün halda konteynerlərə yükləyirlər.

Lahor sis-dumanın 5-ci fəslə çevrildiyi bir şəhərdir. Toz və toksik qaz partikulları oktyabr ayından dekabr ayına qədər müddətdə davam edir. Qış aylarında bu vəziyyət pik həddə çatır. Yazda isə toksik qazlar nəticəsində yaranan duman nəqliyyat infrastrukturnu çətinləşdirir və qəzalara səbəb olur.

Şəhərdə nəqliyyat tıxacı ilə yanaşı uzun insan tıxacları da müşahidə edilir. Şəhərdə piyada keçidi anlayışı yoxdur. İnsanlar nəqliyyat yolu yolu ilə hərəkət edirlər.

Yük maşınları ala biləcəyi qədər yüklənir. Piyadalar adətən yoldan keçən yük maşınlarına minərək hərəkət edirlər.

Yolda hərəkət zamanı ölmüş siçanların gözə dəyməsi adil hal kimi qəbul edilir. Şəhərin hər yerində qarğa dəstələri uçuşur. Onlar ölü siçan və heyvan artıqları ilə qidalanırlar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər