8 Avqust 2021 08:35
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistana Çindən daha bir milyon doza Özbəkistan-Çin istehsalı olan “ZF-UZ-VAC2001” vaksini gətirilib.

Teleqraf.com xəbər verir ki, bununla da ölkədə vaksin ehtiyatı 14 milyon 580 min 60 dozaya çatıb.

Hazırda ölkədə “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V” və “Moderna” peyvəndlərindən istifadə olunur.

Ötən sutka ərzində ölkədə 1409 nəfər COVID-19-a yoluxub. Bunun 912-si koronavirus, 497-si pnevmaniya xəstəsidir. Son 24 saatda 10 xəstə dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər