Türkiyə müdafiə naziri Hulusi Akar Pakistana rəsmi səfərə gedib.
Teleqraf.com xəbər verir ki, paytaxt İslamabada gələn Akarın Pakistan müdafiə naziri Pərviz Xəttək, müdafiə və istehsal naziri Zubayda Cəlal və Quru Qoşunlarının komandani Qəmər Cavad Bajva ilə görüşəcəyi gözlənilir.
Nazirin iki ölkə arasındakı hərbi, təhlükəsizlik və müdafiə sənayesi sahəsindəki əməkdaşlığı müzakirə edəcəyi deyilib.
Əfqanıstanda baş verən son hadisələrdən sonra regional məsələlərin danışıqların başqa gündəm maddəsi olacağı gözlənilir.