16 Avqust 2021 14:59
4 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aleksandr Lukaşenko haqlıdır, Sovet İttifaqının dağılmasında Yeltsin və Qorbaçovun həlledici rolu olmuşdu”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski deyib.

Satanovski qeyd edib ki, hər iki şəxs SSRİ-nin dağılmasında günahkardır: “Deməli, Lukaşenko haqlıdır. Həm Yeltsin, həm də Qorbaçov Sovet İttifaqının dağılmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. İttifaq bu dövləti idarə edənlərin iradəsi əsasında parçalandı”.

Politoloqun fikrincə, Qorbaçov ölkəni idarə edə bilməzdi: "O, necə idarə etməyi, prinsipcə heç bir şeyi, xüsusən də dövlətin nə olduğunu bilmirdi. Yaltaqlıq hərisiydi və xüsusən xaricdəki populyarlığından əziyyət çəkirdi”.

Satanovski hesab edir ki, Boris Yeltsin də inadkar və iradəli zalım idi:

“Birliyi dağıtmaq? Problem deyil. Vətəndaş müharibəsinə başlamaq? Asanlıqla. Tanklardan parlamenti vurmaq? Bir anda. Hər şeyi amerikalılara verərkən, özünü xalqına nə qədər vətənpərvər olduğunu göstərirdi”.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Boris Yeltsin və Mixail Qorbaçovu SSRİ-ni dağıtmaqda ittiham etmişdi. Belrus liderinin açıqlaması Rusiyada müzakirə mövzusuna çevrilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər