20 Avqust 2021 12:26
2 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı Bəşər Əsəd rejimi İsrail hərbi hava qüvvələrinin paytaxt Dəməşq və Hums əyalətlərinin bəzi nöqtələrinə zərbələr endirdiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

İddiaya görə, İsrailin gecə saatlarında Dəməşq və Hums əyalətlərində rejim qüvvələrinə aid bəzi hərbi nöqtələrə hava zərbələri endirib.

Paytaxt və ətraflarında partlayış səslərinin eşidildiyinin bildirildiyi xəbərdə Suriya ordusunun müdafiə sistemlərinin İsrailin hücumlarından bəzlərinin qarşısını aldığı da diqqətə çatdırılıb.

Xəbərdə insan itkisi və digər təlafatlarla bağlı heç bir məlumat yoxdur.

Hələlik İsraildən heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, rejim ordusundan başqa, Dəməşq və Humsda İran İnqilab Keşikçilərinin (SEPAH) dəstəklədiyi silahlı qruplaşmalara aid hərbi nöqtələr var.


Müəllif: Mənsur Rəğbətoğlu