"Putinin Ukraynanı daxildən parçalamaq cəhdi məğlubiyyətə uğradı”.
Axar.az xəbər verir ki, bunu Ukraynanın Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko söyləyib.
Onun sözlərinə görə, Rusiyayla müharibə fevralın 26-dan davam edir:
“Biz Rusiya Federasiyası ilə müharibə aparırıq. Bu müharibə Birinci və İkinci Dünya müharibəsi kimi deyil, bu, hibrid savaşıdır. Bu, Ukraynanı daxildən parçalamaq cəhdi idi, lakin onun bu cəhdi uğursuzluğa düçar oldu”.