Ukrayna Prezidenti Vladimir Zelenski Krım Platformasının açılışında çıxış edib.
Teleqraf.com xəbər verir ki, o, Krımın Rusiya işğalından azad olunması üçün hər cür səy göstərməyə hazır olduğunu bildirib.
O, beynəlxalq tərəfdaşlarla işləməyin Rusiyanı danışıqlar masasına oturmağa məcbur edə biləcəyinə ümid etdiyini deyib.
Zelenski Krımla bağlı bu istiqamətdə işləmək üçün möhkəm siyasi zəmin yaradacaq beynəlxalq bəyannamənin qəbul edildiyini də açıqlayıb.
“Bu gün yarımadamızın azad edilməsi üçün geri saymağa başlayırıq. İşğal Moskvada başladı və Kiyevdə bitəcək”, - Zelenski bildirib.
Qeyd edək ki, bu gün Kiyevdə 44 ölkənin iştirakı ilə Beynəlxalq Krım Platformasının ilk sammiti keçirilib.