24 Avqust 2021 14:13
1 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanın istəyi ilə bu ölkəyə yanacaq ixracını bərpa etdiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Neft, Qaz və Neft-Kimya İxracatçıları Birliyinin sözçüsü Həmid Hüseyni açıqlama verib.

“Taliban İrandan alınan yanacağın tariflərini 70% endirdikdən sonra Əfqanıstana yanacaq ixracı bərpa olunub”, - Hüseynli qeyd edib.

İran Əfqanıstana yanacaq ixracını avqustun 6-da son hadisələr və təhlükəsizlik səbəbindən dayandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər