Rusiya Tacikistandakı hərbi bazasına yeni “Kornet” tank əleyhinə raket sistemləri partiyası göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada raket sistemlərinin artıq xidmətə cəlb olunduğu deyilib.
“Kornet” sistemləri zirehli maşınlar, helikopterlər və dronları məhv etmək üçün hazırlanıb. Raket lazer şüası ilə idarə olunur. Raketin maksimal uçuş məsafəsi 5.5 km, minimumu 100 m-dir.
Məlumdur ki, Tacikistandakı Rusiya hərbi bazasının gücləndirilməsi ilə bağlı qərar Əfqanıstanda vəziyyətin gərginləşməsi fonunda verilib.